Wednesday, February 24, 2010

Iran Türkiyə dindarlarına da təsir edir

Iran hakimiyyəti Israil prezidenti Şimon Peresin Bakıya rəsmi səfərə gəlməsini istəmir. Ölkədə Israil prezidentinin səfərinin əleyhinə əks-təbliğat aparılır.
Azərbaycan Strateji Araşdırma Mərkəzinin sədri, güneyli politoloq Aslan Isabeylinin “Olaylar”a verdiyi məlumata görə, bu məsələdə “Səhər” televiziyası daha aktivdir. Iran Xarici Işlər Nazirliyinin xətti ilə qonşu müsəlman dövlətlərində də Azərbaycan əleyhinə təbliğatı gücləndirib. Molla rejimi Türkiyə müsəlmanlarını Azərbaycandan narazı salmaq üçün hərəkətə keçiblər.
 Qeyd edək ki, baş nazir Ərdoğanın Davos forumunda Şimon Peresə verdiyi cavabdan sonra Türkiyə dindarlarında Israilə qarşı mənfi münasibət yaranmışdı. A.Isabeyli hesab edir ki, molla rejimi bütün vasitələrə əl ataraq Israil prezidentinin Bakıya gəlməsinə mane olmağa və bu məsələdən istifadə edib Azərbaycan Respublikasına qarşı mənfi rəy yaratmağa çalışır.

No comments: