Aslan Isabeyli(Xalidi) bildirdi ki, Azərbaycan müstəqilliyini elan edən ildən İran Bakıda öz gizli şəbəkələrini qurmağa başlayıb. Onun sözlərinə görə, Mədəniyyət Mərkəzi, "İmdad" Komitəsi və İranın xüsusi xidmət orqanlarının əli ilə Azərbaycandan gəncləri qeyri-qanuni olaraq o taya keçiriblər: "Həmin azərbaycanlılara Qum, Qəzvin, Məşhəd və Tehran şəhərlərinin ətrafında yerləşən Sepahe-Pasdaranın (xüsusi xidmət orqanı) hərbi hissələrində təlim keçilir. Onlar din pərdəsi adı altında xomeyniçilik prnisiplərini təbliğ edirlər. Bununla yanaşı, Azərbaycan tarixini təhrif edilmiş şəkildə tədris edirlər. Onlar təbliğ edirlər ki, guya ümumiyyətlə, Azərbaycan adlı dövlət olmayıb, bütün ərazi İrana məxsus olub. Təsəvvür edin ki, həmin gənclər azərbaycanlı olduqlarına nifrət edirlər. Həmin hərbi hissələrdə Azərbaycan bayrağı İsrail, Amerika bayrağı ilə birgə yandırılır. Bu gün Azərbaycanda o qədər gözü yaşlı analar var ki, dərdlərini heç kimə aça bilmirlər. Bu acı həqiqətlərlə bağlı bizim əlimizdə kifayət qədər məlumatlar və faktlar var".
CAP yetkilisində olan məlumatlara görə, İranın bir neçə şəhərində yerləşən hərbi hissələrdə təlim keçən azərbaycanlı gənclər çox vaxt buradakı çətinliklərə tab gətirə bilmirlər: "18-19 yaşlı uşaq ağır təlimlərə dözə bilmir. Bu cür uşaqların təlim vaxtı həlak olması barədə bizdə xeyli faktlar var. Bundan şikayət edən bir nəfər azərbaycanlını bıçaqla vurub qətlə yetiriblər. Sonra da yoldaşlarına deyiblər ki, guya dostu ilə zarafatlaşanda ona bıçaq batıb. Sonra onu kimsəsiz bir yerdə - dağın ətəyində basdırıblar. Başqa bir azərbaycanlanı isə yerindəcə güllələyiblər. Bu faktlar millətini sevən hər birimizi düşündürməlidir".
Aslan Isabeylinin açıqlamasına görə, İranda təxminən 4 minə qədər bu cür azərbaycanlı saxlanılır. CAP funksioneri bildirdi ki, həmin insanlar xüsusilə, Bakıdan, Abşerondan və cənub rayonlarından aparılıblar: "Mən inanmıram ki, Azərbaycan hökuməti Zahid Orucun həmin təklifinə dəstək verəcək. Amma yaxşı olardı ki, bizim İrana təhvil verilməyimizi təklif edənlər bu məsələlərə də toxunsunlar. İranın daxili işlər naziri Azərbaycanda olanda tələb edilməlidir ki, qeyri-qanuni yollarla o taya keçirilən 4 min nəfər Azərbaycana qaytarılsın. Həmin 4 min nəfəri Azərbaycana təhvil versələr, burdakı güneylilərin İrana qaytarılmasına razıyıq".
mənbə .Bizim Esr qəzeti

No comments:
Post a Comment