Tuesday, January 20, 2015

"Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək"

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək. Trend xəbər verir ki, bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) Kanada üzrə nümayəndəsi Aslan İsabəyli Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan diasporu hazırda bütün dünyada Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı geniş fəaliyyət göstərir.
A.İsabəylinin fikrincə, diasporumuz 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşan ermənilərə qarşı böyük uğurlar əldə edəcək:
“Ermənilər qondarma “erməni soyqırım”ının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Onlar Azərbaycanla bağlı dünyaya yanlış məlumatlar yayırlar. Bir sözlə, xristianlığa qara ləkə olan ermənilər xristian adından sui-istifadə edərək qonşu dövlətlərə, xüsusilə də Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edirlər. Amma Azərbaycanın qarşısına qoyduğu siyasi strategiya nəticəsində biz 2015-ci ildə ermənilərin xarici dövlətlərdə qarşılarına qoyduğu pafoslu çıxışlarını vurub məhv edəcəyik. Çünki bizim başladığımız yol doğru yoldur. Azərbaycan diasporu işlərini demokratik dəyərlər çərçivəsində görür. Demokratik prinsipləri nəzərə alaraq, biz 2015-ci ildə böyük uğurlar əldə edəcəyik”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Wednesday, August 1, 2012

Amerikalı konqresmendən Klintona çağırış: "Amerika Güney Azərbaycanın müstəqilliyini dəstəkləməlidir"

GünAz TV: Amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu Güney azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb.
O, dövlət katibi Hillari Klintona məktubunda Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirib. Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat yayıb.
“Konqresmenin məktubu İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında məlumatların nəticəsidir”, - konqresmenin ofisinin nümayəndəsi məktubu “Turan”a belə şərh edib.
Eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri olan konqresmenin məktubunda deyilir ki, ABŞ (Amerika Birləşmiş Ştatları) ya belə əməkdaşlığı, ya da Tehran rejimini dəstəkləməlidir.
“İki yüz il əvvəl Azərbaycan xalqı coğrafi baxımdan iki yerə bölünüb və azərbaycanlıların çoxu Vətənin birləşməsinə çağırır. İranda etnik azərbaycanlıların sayı Azərbaycan Cümhuriyyətində olduğundan iki dəfə çoxdur. Bu ölkə 1991-ci ildə SSRİ-nin (Şurəvi) süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb.
Müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün daha böyük təhlükədir, nəinki onun yeraltı nüvə bunkerlərinin (pənahqah, sığınacaq)  bombalanması”, - deyə məktubda vurğulanır.

Wednesday, February 16, 2011

İran müхalifəti bilməlidir ki...

Aslan Isabeyli: “Güney azərbaycanlıları inqilabi proseslərə cəlb etmək üçün milli problemləri qabartmaq lazımdır”

“İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Isabeyli deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər. Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini inqilabi proseslərə cəlb etmək istəyirlərsə, milli tələbləri gündəliyə gətirməlidirlər. Əks halda azərbaycanlılar yaşıl inqilabda olduğu kimi passiv olacaqlar”. Güneyli mühacir Güney Azərbaycan türklərinin bu arada aktivləşməsini vacib sayıb.
http://olaylar.az/haber/az_iar_.html

Thursday, February 10, 2011

Aslan Isabeyli bildirib ki, İran hakimiyyəti Qafqaz Müsəlmanları İdarəsinin fəalliyyətindən narazıdır:

Aslan Isabeyli: "Onlar istəyir ki, Azərbaycan dini lideri öz adamları olsun"

"İranın Ali Dini rəhbərliyi Bakıda fəalliyyət göstərən dini qurumların işinə müdaхilə etmək istəyir". Bu açıqlama ilə güneyli mühacir Aslan Isabeyli çıхış edib. Aslan Isabeyli bildirib ki, İran hakimiyyəti Qafqaz Müsəlmanları İdarəsinin fəalliyyətindən narazıdır: "Onlar istəyir ki, bu qurumun başında molla rejiminin tarşırıqlarını sözsüz yerinə yetirən şəхslər olsun. Qumda oхumuş adamlardan ayətullahlar təyin etmək və Azərbaycan dindarlarını onların əlilə yönləndirmək istəyirlər". Güneyli mühacir deyib ki, yaхın günlərdə İranın Ali Dini rəhbərliyi QMİ-nin ləğvini tələb edəcək. Bu məsələ artıq dini rəhbərlikdə müzakirə olunub. 

http://olaylar.az/haber/az_molla_rejimi_.html

Saturday, February 5, 2011

IRANIN AZƏRBAYCANDA APARDIĞI TƏXRİBATYÖNLÜ FƏALİYYƏTİLƏ BAĞLI

              AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN
                                                 B Ə Y A N A T I

İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan Sepahe-pasdaran yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını ixrac etmək, nüvə silahına sahib olmaq, enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirmək istəyən bu hərbi-ideoloji qurum beynalxalq terror şəbəkəsini koordinə edir.

Wednesday, February 24, 2010

Iran Türkiyə dindarlarına da təsir edir

Iran hakimiyyəti Israil prezidenti Şimon Peresin Bakıya rəsmi səfərə gəlməsini istəmir. Ölkədə Israil prezidentinin səfərinin əleyhinə əks-təbliğat aparılır.
Azərbaycan Strateji Araşdırma Mərkəzinin sədri, güneyli politoloq Aslan Isabeylinin “Olaylar”a verdiyi məlumata görə, bu məsələdə “Səhər” televiziyası daha aktivdir. Iran Xarici Işlər Nazirliyinin xətti ilə qonşu müsəlman dövlətlərində də Azərbaycan əleyhinə təbliğatı gücləndirib. Molla rejimi Türkiyə müsəlmanlarını Azərbaycandan narazı salmaq üçün hərəkətə keçiblər.
 Qeyd edək ki, baş nazir Ərdoğanın Davos forumunda Şimon Peresə verdiyi cavabdan sonra Türkiyə dindarlarında Israilə qarşı mənfi münasibət yaranmışdı. A.Isabeyli hesab edir ki, molla rejimi bütün vasitələrə əl ataraq Israil prezidentinin Bakıya gəlməsinə mane olmağa və bu məsələdən istifadə edib Azərbaycan Respublikasına qarşı mənfi rəy yaratmağa çalışır.